Qadin.NET / Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı

Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı

Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı
Nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiriGülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.O deyib ki, 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib: "Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımi tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib".

Mənbə: Milli.Az

 

26 dekabr 2015
GO BACK