Qadin.NET / Gənclər şəhərciyi layihəsi dayandırıldı

Gənclər şəhərciyi layihəsi dayandırıldı

Gənclər şəhərciyi layihəsi dayandırıldı
Gənclərin səbirsizliklə gözlədiyi bir layihə ilə bağlı heç də xoş olmayan xəbər var. Söhbət dövlət tərəfindən tikilməsi planlaşdırılan gənclər şəhərciyindən gedir. Gənclər və idman naziri Azad Rəhimov gənclər üçün düşünülən bu layihənin indilik mümkünsüz olduğunu deyib. 
Gənclər və idman naziri bildirib ki, bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsi hesabına evlər tikibi gənclərə paylamaq mümkün deyil. Bu səbəbdən də bir müddətdir müzakirə olunan Gənclər şəhərciyi layihəsi gündəmdən çıxarılıb. Bundan əvvəl səslənən sırf gənclərə yönələcək xüsusi ipoteka layihəsi də aktuallığını itirib. Gənclər yalnız hazırda mövcud olan dövlətin sosial ipoteka proqramından istifadə edə bilər.
Hazırda dövlət xətti ilə maliyyələşdirilən sosial ipotekadan hərbçilər, gənc ailələr, alimlər və digər sosial qruplar istifadə edə bilər. Bu kreditin faizi 4%, maksimum məbləği 50 min manatdır.

Mənbə: ANS PRESS

26 dekabr 2015
GO BACK