Qadin.NET / 18 dil bilən qadının sirri

18 dil bilən qadının sirri

 

18 dil bilən qadının sirri

18 dil bilən norveçli qadın Maria Johnsen, bu dilləri keçmiş həyatlarından bildiyi iddia edib. Bizimyol.info xəbər verir ki, Johnsen adlı qadın, insanın təkrar olaraq dünyaya gəldiyinə inanır. O, əvvəlki həyatlarında rus çar ailəsinin bir üzvü, bir hindu və Çində xanədan ailəsinin bir üzvü olduğunu düşünür. Qadın 18 fərqli həyat yaşadığı iddia edir. O, 18 fərqli həyatında 18 fərqli dil öyrəndiyini deyir. 

 

Norveçin Trondheim şəhərində bir marketinq şirkətinin rəhbəri olan Johnsen, çox yaxşı səviyyədə İngilis, Polyak, Fransız, Rus, Çin, Danimarka, İsveç, Alman, Türk, Ərəb, İtaliya, Fars, Dari, Serb və digər dilləri bilir. 
"Digər ölkələrə səyahət etdiyim zaman daha əvvəl orada olduğumu hiss edirəm. Həmin ölkələrdə danışdığım insanlar mənə çox tanış gəlir. Onları daha əvvəl görmüş və birlikdə olmuşam kimi gəlir. Bu mükəmməl bir şeydir. Ölsəm, bir sonrakı həyatda yenidən doğulacağıma şübhəm yoxdur." - deyə Maria bildirib.
Mənbə: Bizim Yol
26 dekabr 2015
GO BACK