Qadin.NET / Gözəlliyinin sirri sevgidədir

Gözəlliyinin sirri sevgidədir

Gözəlliyinin sirri sevgidədir
42 yaşlı model Eva Herzigova gözəlliyinin sirrinin aşiq olmaq olduğunu deyib.

Milli.Az Qafqazinfo.Az-a istinadən xəbər verir ki, 3 uşaq anası olan model bir kosmetika firmasının reklamı üçün kamera qarşısına keçib. Eva jurnalistlərin suallarını cavablandıran zaman heç vaxt evlilik haqda düşünmədiyini bildirib: "İlk uşağım olan zaman niyə bu qədər gözlədiyimi fikirləşdim. Sonra anladım ki, əvvəllər doğru adamla qarşılaşmadığım üçün bu haqda düşünməmişəm. Təbii halımla özümü daha gözəl hiss edirəm. Hər keçən saatı, hər ili, məni bu yaşa çatdıran hər anı sevirəm. Əgər keçmişə dönmək şansım olsaydı, heç nəyi dəyişməzdim. Gözəlliyimin sirri sevmək və sevilməkdir".Qeyd edək ki, 90-cı illərin ikonu olan Eva Herzigova 10 ildir ki, iş adamı Cregorio Marsiajla münasibət yaşayır. Cütlüyün rəsmi nikahları olmasa da, 8, 4 və 2 yaşlarında 3 uşağı var.

Mənbə: Milli.Az

25 dekabr 2015
GO BACK