Azərbaycanın əsas provayderləri "Delta Telecom" və "Azertelecom" internet xidmətləri üzrə tarifləri artırmaq məsələsini nəzərdən keçirmirlər.Bu barədə Trend-ə Delta Telecom-dan bildiriblər.Şirkətdən deyiblər ki, milli valyutanın devalvasiyası Delta Telecom-un fəaliyyətinə mənfi təsir göstərib. Belə ki, internet trafiki dollarla alınır, manatla satılır.Azertelecom-dan isə məsələ ilə bağlı Trend-ə bildiriblər ki, internet xidmətlərinin qiymətinin artırılması requlyativ xarakter daşıyır və hər şey Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində qəbul edilmiş qərardan asılı olacaq: "Devalvasiyadan sonra tariflərin artırılması nəzərdə tutulmur. Bununla belə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarını gözləyirik. Çünki biz imzaladığımız beynəlxalq müqavilələr çərçivəsində fəaliyyət göstəririk. Hələ ki, hər şey köhnə qaydasınadır, lakin bu məsələni bütün operatorlarla nəzərdən keçirəcəyimiz də istisna deyil".
Mənbə: Milli.Az