Qadin.NET / Uşaqlarda öskürək və qrip infeksiyaları yayılıb

Uşaqlarda öskürək və qrip infeksiyaları yayılıb

Uşaqlarda öskürək və qrip infeksiyaları yayılıb
Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının Uşaq Pediatriya Şöbəsində son üç ay ərzində virus xəstəlikləri ilə əlaqədar 227 nəfər qeydə alınıb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, xəstəxanadan bildirirlər ki, son vaxtlar hava şəraiti soyuduğundan uşaqlar arasında öskürək və qrip infeksiyaları geniş yayılıb. "Xəstə bəzən evdə öz valideynləri tərəfindən düzgün müalicə almır və xəstə ağır vəziyyətdə kəskin tənəffüs çatışmazlığı, qıcolma, sindiromuynan reanimasiya şöbəsinə daxil olurlar", - deyə pediatr Şıxəli Aşırov bildirib.Xəstəxanaya bronxilit, astma bronxilit və ürək çatışmazlığından əziyyət çəkən uşaqlar da müraciət edib. Bu hallar, əsasən, 1- 5 yaşarası uşaqlarda aşkar olunub. Onlardan 2 nəfəri müalicə üçün Bakı şəhərinə göndərilib. Mütəxəssislər məsləhət görürlər ki, mövsümün dəyişməsi ilə əlaqədar uşaqlarda yuxarı tənəffüs yolunda tənginəfəslik və bədəndə hərarətin yüksəlməsi baş verərsə, dərhal həkimə müraciət edilməlidir.Xatırladaq ki, bu ilin onbir ayı ərzində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinika Şöbəsində müxtəlif xəstəliklərə yoluxan 10 88 uşaq qeydə alınıb.

Mənbə: Milli.Az

 

25 dekabr 2015
GO BACK