Qadin.NET / Novruz bayramında 8 gün iş olmayacaq

Novruz bayramında 8 gün iş olmayacaq

Novruz bayramında 8 gün iş olmayacaq
2016-cı illərdə qeyri-iş günlərinin vaxtı bəlli olub. Nazirlər Kabineti 2016-cı ildə Novruz,Ramazan, Qurban bayramları haqqında qərar verib.
Bu qərara əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı kimi qeyd ediləcək. 20 mart bazar gününə təsadüf etdiyi üçün həftənin bir günü qeyri-iş gününə təsadüf edəcək. 
26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün gələn il Novruz bayramında 8 gün istirahət etmək mümkün olacaq. Bu isə mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-dir. 
Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur.
Gələn il Ramazan bayramı iyul ayının 6, 7, Qurban bayramı isə sentyabrın 12,13-nə təsadüf edir. 
Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. 

Mənbə: ANS PRESS

25 dekabr 2015
GO BACK