ANS PRESS-in məlumatına görə, yer kürəsinin yüksək keyfiyyətlə məşhur şəkilini NASA-nınrəsmi saytı dərc edib.
Şəkil "Apollon-8"kosmik missiyanın ekipajı tərəfindən Qərbdə Milad ərəfəsində 1968-ci il dekabrın 24-də çəkilib. "Apollon-8" uçuşunun gedişatında insanlar ilk dəfə başqa göy cisimini Ayı fəth ediblər və onun orbitinə çıxıblar. Bu uçuş kosmik sahənin tədqiqatlarında və bəşəriyyətin tarixində yeni eranın başlanğıcı kimi qeyd olunub."Yer doğuşu" - gəmi heyəti tərəfindən çəkilmiş tarixi foto
Onun gedişatında insanlar ilk dəfə yerətrafı sahəni tərk ediblər və uzaqdan öz planetini görüblər. Həmçinin insanlar ilk dəfə ayın əks tərəfini və ay üfüqünün üstündə yer kürəsinin qalxmasını görüblər.
"Apollon-8" kosmik missiyası - Amerika Birləşmiş Ştatlarının 1961-ci ildə başladığı Apollon Proqramının 8-ci lahiyəsi olub. "Apollon-8" əvvəlki proqramlarda olduğu kimi uçuş Saturn 5 roketi vasitəsi ilə həyata keçirilib. Heyət 3 nəfərdən: Komandir Frank Borman, komanda pilotu Ceyms Lovel və pilotu Uilyam Andersdən ibarət olub. Uçuş 21 dekabr 1968-ci ildə həyata keçirilib. "Apollon-8" 1968-ci il dekabrın 27-də Sakit Okeanın şimalına dəniz enişi edib.
Mənbə: ANS PRESS