ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Xarici İşlər Nazirliyində Yeni il münasibəti ilə təşkil edilən qəbulda bildirib.
Sarkisyan ölkəsinin Dağlıq Qarabağ probleminin həllində səylərini gələn il ikiqat artırmasının vacibliyini vurğulayıb. Ümumilikdə isə bu il cəbhə xəttində gərginliklərlə yadda qaldı. Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 20-də yaydığı məlumatda bildirilir ki, qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.
Baş verən gərginlik fonunda Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bernşəhərində görüşü təşkil edildi.
Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Keçirilən görüşün yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
Prezidentlər bu yaxınlardakı gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.
Mənbə: ANS PRESS