Qadin.NET / Körpənin çənəsi niyə əsir?

Körpənin çənəsi niyə əsir?

 

Körpənin çənəsi niyə əsir?

Bu bir çox valideynləri narahat edən suallardan biridir. Körpələrdə çənənin, aşağı dodağın və əllərin bir neçə saniyə ərzində əsməsi (tremor) həyatın 3 ayına kimi fizioloji sayılır.
Həyatın ilk həftələrində körpənin orqanizmi hələ ki tam formalaşmayıb və bu prosess davam edir. Tremorun səbəbi körpənin hərəkətlərə kontrol edən sinir mərkəzlərinin tam yetişməməsidir. İstənilən gıcıqlandırıcı - paltarın dəyişilməsi, çimizdirmə, qarnında köp və ağrılar, aclıq, hətta adi toxunuş, parlaq işıq, güclü səs, temperaturun dəyişilməsi (məsələn, isti otaqdan çölə çıxartdıqda və s.) uşaqda tremora səbəb ola bilər. Bundan qorxmaq lazım deyil. Tremor əksər tam sağlam uşaqlarda müşahidə olunur və daha sonra izsiz olaraq keçir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki,  adətən 3 ayına kimi fizioloji tremor tədricən yox olur. Vaxtından tez doğulmuş uşaqlarda tremor daha gec yox ola bilər. Bu da normal sayılır.
Valideynlər uşağın hələ ki tam yetişməmiş sinir sistemini güclü qıcıqlandırıcıların təsirindən mümkün qədər qorumalıdır, uşaq üçün sakit və komfortlu şərait yaratmalıdırlar.  Massaj, sakitləşdirici otların dəmləmələri ilə (nanə, melissa, çobanyastığı, pişikotu kökü) vannalar uşaqları çox yaxşı sakitləşdirir.
Beləliklə, 3 ayına kimi bir neçə saniyə ərzində davam edən tremor fizioloji sayılır və heç bir xüsusi müayinə və müalicə tələb etmir. Lakin bəzi hallarda tremor patoloji kimi qiymətləndirilə bilər və bu hallarda valideynlər mütləq həkimə müraciət etməlidir:
- çənə və əllərlə bərabər uşağın baş əzələləri əsir
- tremor uşaq tam sakit vəziyyətdə və heç bir qıcıqlandırıcı olmadıqda baş verir
- tremor zamanı dəri göyərir və üzərində tər çıxır
- tremor çox güclüdür
- tremor 30 saniyədən artıq çəkir
- tremor uşağın 3 ayından sonra qalıb.

 

Mənbə: Milli.Az

25 dekabr 2015
GO BACK