Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Xaçmaz rayon sakinləri xəbər veriblər.
Onlar məşhur xeyriyyəçinin zibil və kol-kos içərisində olan abidəsinin fotosunu çəkərək məsələni ictimailəşdiriblər.
Fotodan da görünür ki, Hacı Zeynalabdin Tağıyevin abidəsi rayon mərkəzindən kənar, baxımsız ərazidə yerləşir.
Xaçmaz Rayon İcra Hakimiyyətindən Publika.az-a bildiriblər ki, Hacı Zeynalabdin Tağıyevin abidəsi əvvəllər onun adını daşıdığı küçədə olub: "Abidə küçədən götürülüb və ora bulaq abidəsi qoyulub. O ki qaldı Zaynalabdin Tağıyevin abidəsinin natəmiz yerdə olmasına, bu haqda söylənilənlər həqiqəti əks etdirmir".
Mənbə: Milli.Az