Qadin.NET / Dekabrda belə hava normaldırmı?

Dekabrda belə hava normaldırmı?

Dekabrda belə hava normaldırmı?
Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gürşad Məmmədovabildirib.

Büronun rəhbəri qeyd edib ki, artıq bir neçə gündür ki, ölkə ərazisində mülayim, əsasən yağmursuz hava şəraiti müşahidə olunur: "Bu gün də günorta saatlarında cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunub. Havanın temperaturu isə Bakıda günün norması daxilindədir, amma bəzi günlərdə 2-3 dərəcə normadan yüksək olduğu müşahidə edilib".G.Məmmədovanın sözlərinə görə, əvvəlki illərdə də dekabr ayında havanın temperaturunun yüksək olduğu hallar qeydə alınıb: "Məsələn, 2003-cü ildə dekabrın 18-də havanın temperaturu 23 dərəcəyədək müşahidə edilib. Hazırda isə temperatur 12-14 dərəcə civarındadır. Belə hava dekabr ayına xarakterikdir. Lakin müxtəlif illərdə dekabr ayında soyuq Arktik hava kütlələrinin ölkə ərazisinə daxil olmasını nəzərə alaraq, havanın temperatrunun kəskin aşağı düşməsini də müşahidə etmişik. Amma dekabrın 22-dən davam edən isti hava şəraiti dekabrın 25-də də davam edəcək və yaxın 3-4 gün ərzində onun ciddi şəkildə dəyişəcəyini gözləmirik. Belə ki, gecə saatlarında şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq, lakin günorta saatlarında yenidən cənub küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu isə günorta saatlarında 8-12 dərəcə arasında dəyişəcək".Baş hidrometeoroloq həftəsonu istirahət günlərində də havanın xoş keçəcəyini vəd edib: "Dekabrın 26-da paytaxtda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Havanın temperaturu isə 13 dərəcəyədək isti olacaq. Ayın 27-də də hava şəraitində mühüm dəyişikliyin baş verəcəyi gözlənilmir. Çünki hələ ki, cənub küləklərinin üstünlüyü müşahidə edilir. Amma arabir Gilavar küləyi Xəzri ilə əvəz olunacaq. Havanın temperaturunun aşağı düşəcəyi isə proqnozlaşdırılmır".

Mənbə: Milli.Az

 

25 dekabr 2015
GO BACK