Qadin.NET / "Hər gün Azərbaycandan Ermənistana əsgər tabutları gedəcək"

"Hər gün Azərbaycandan Ermənistana əsgər tabutları gedəcək"

"Hər gün Azərbaycandan Ermənistana əsgər tabutları gedəcək"
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyanın çıxışına cavab verib. 
ANS PRESS-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan Ordusu nə qədər atəşkəsi pozmağa davam edəcəksə, nə qədər yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutacaqsa, ona daha çox və daha iriçaplı üstün silahlarla cavab zərbələri endiriləcək.
Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
V.Dərgahlı bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz qüvvəsinin və arsenalındakı silahların çox cüzi bir hissəsindən istifadə edir: 
“Silahlı Qüvvələrimizin sərəncamındakı silahların dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi bundan dəfələrlə artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir. Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ehtiyac yaranarsa, Silahlı Qüvvələrimizin sərəncamındakı digər silahlar da düşmənə qarşı tətbiq olunacaq. O silahlar istifadə olunduğu zaman ermənilərin itkisi onların bu gün ağlına gələ bilməyəcəyi qədər, düşündüklərindən də artıq olacaq. Bunu onlar anlamalıdırlar”.
Nazirlik rəsmisi bəyan edib ki, buna görə də ermənilər gənclərini, erməni millətinin gələcəyini qorumaq istəyirlərsə, işğal altında saxladıqları Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər.
V.Dərgahlı qeyd edib ki, bu gün cəbhədə gərginliyi süni şəkildə yaradan, dövlət sərhədində, qoşunların təmas xəttində işğal olunmuş ərazilərdən Azərbaycan kəndlərini, dinc əhalini atəşə tutan Ermənistan Ordusudur. Hər il onlarla dinc sakin Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanır, həlak olur. Bu faktlar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə də məlumdur. 

Mənbə: ANS PRESS

23 dekabr 2015
GO BACK