Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevvə xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Qeyd edək ki, bu ilin ən böyük idman tədbirlərindən biri Bakıda keçirilib. Birinci Avropa Oyunları 2015-ci il 12-28 iyun tarixində Azərbaycanın paytaxtı Bakıda və Mingəçevirdə baş tutub. Bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olimpiya Komitəsi tərəfindən keçirilib. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışıb.
Mənbə: ANS PRESS