Qadin.NET / Putin İlham Əliyevə məktub yazdı

Putin İlham Əliyevə məktub yazdı

Putin İlham Əliyevə məktub yazdı
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
ANS PRESS-in məlumatına görə təbrik məktubunda qeyd olunur:
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.
Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.
Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.
Hörmətlə, Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti

Mənbə: ANS PRESS

23 dekabr 2015
GO BACK