Qadin.NET / Azərbaycan tələbələri üçün yeni şans

Azərbaycan tələbələri üçün yeni şans

 

Azərbaycan tələbələri üçün yeni şans

Azərbaycanın təhsil müəssisələri bundan sonra beynəlxalq təcrübədən istifadə edə biləcək, artıq bununla bağlı ilk addımlar atılıb.
ANS TV-nin məlumatına görə, Təhsil Nazirliyi "Thomson Reuters”lə əməkdaşlığa start verdi. Əməkdaşlığın məqsədi ali təhsil müəssisələrinin rəqabətli və dayanıqlığını təmin etmək, bununla yanaşı alimlərə, tədqiqatçılara və tələbələrə müasir elmdə istifadə olunan bütün vasitələri təşkil etməkdir.
“Paralel təhsillə elmin inteqrasiyası üçün mühüm addımlar atılır. Bu gün Azərbaycan Respublikasında insan kapitalının formalaşdırılmasına yönələn siyasətin əsas alətlərindən biri məhz təhsillə elmin intiqrasiyasıdır”, - deyə təhsil naziri Mikayıl Cabbarov bildirib. 
Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradılması üçün hər iki qurum arasında müqavilə imzalandı.
Əməkdaşlıq haqqında müqaviləyə əsasən, ali təhsil müəssisəsələri dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasının məlumat bazasına tam çıxış əldə edəcəklər.
“Azərbaycan Təhsil Nazirliyilə bu əməkdaşlıqdan qürur duyuruq. Burda başlıca məqsəd “Thomson Reuters”un ixtiyarında olan bütün resurslardan Azərbaycan alimləri, Azərbaycan elmi icması üçün istifadə imkanlarını yaratmaqdır”, – deyə “Thomson Reuters”in dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din bildirib.
Yeni bağlanılan müqavilə 40 ali təhsil müəssisəsinə şamil ediləcək.

 

Mənbə: ANS PRESS

23 dekabr 2015
GO BACK