Qadin.NET / Dünyanın sonu artıq gəlib

Dünyanın sonu artıq gəlib

 

Dünyanın sonu artıq gəlib

Dünyanın sonu barədə çox mülahizələr yürüdülüb, çox sözlər deyilib. Amma bizim təqdim edəcəyimiz söhbət onların heç birinə bənzəmir. 

 

Milli.Az Sputnik-ə istinadən bu barədə maraqlı bir sosial tədqiqatın nəticəsini təqdim edir:

Bir universitetdə professor dərsə belə başlayır:

- Təsəvvür edin ki, bu gün dünyanın son günüdür Sabah bu vaxt hər şey yox olacaq. Xilas olmaq imkanınız da yoxdur. Bu gün nə edərdiniz?

Tələbələrdən müxtəlif cavablar gəlir:

- Dua edər, Allahdan günahlarımı bağışlanmağı istərdim.

- Bütün sevdiklərimlə vidalaşardım...

- Vaxtımı ailəmlə birlikdə keçirdərdim...

- Atamın -anamın yanına gedərdim...

- Dostlarımla bir yerdə olardım...

- Sevgilimə onu nə qədər sevdiyimi söyləyərdim....

- Bütün sevdiyim yeməkləri yeyərdim...

- Son dəfə meşədə gəzərdim...

- Son dəfə ulduzlara baxardım...

- Son dəfə dənizi seyr edərdim....

- Ən sevdiyim kitabı oxuyardım....

- Ən sevdiyim musiqiyə qulaq asardım...

- Ən çox sevdiyim yeməkləri bişirib, bütün sevdiklərimi qonaq çağırardım...

- Həyatda ən çox getmək istədiyim yerə gedər və ölümü orda gözləyərdim...

- Qəlbinə dəydiyim insanlara zəng edər, üzr istəyər, məni bağışlamağı xahiş edərdim...

Professor bu cavabların hamısını lövhəyə yazır. Sonra gülümsəyərək soruşur:

- Uşaqlar, doğurdanmı bütün bunları etmək üçün dünyanın son gününü gözləmək lazımdır?
Və əlavə edir: Bəli, bu gün artıq dünyanın son günüdür...

Mənbə: Milli.Az

23 dekabr 2015
GO BACK