Qadin.NET / 2016-cı il üçün dəhşətli proqnozlar! Bizi nələr gözləyir?

2016-cı il üçün dəhşətli proqnozlar! Bizi nələr gözləyir?

 

2016-cı il üçün dəhşətli proqnozlar! Bizi nələr gözləyir?

Bloomberg nadir deyil, çox nadir hallarda səhv edir. Bu haqda ABŞ-da hər kəs bilir. Ona görə də, təşkilatın növbəti il üçün proqnozları amerikalıları ciddi qorxudub.

 

Milli.Az Sputnik-ə istinadən bildimrir ki, neft 100 dollara, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, Trampın ABŞ prezidenti olması və sülhməramlı Putin. Bunlar, növbəti ildə Amerika üçün ən pis proqnozlardır. Bloomberg agentliyi Nostradamus və Vanqa ilə bir sıraya dayanmaq qərarı verərək öz şok hesabatını təqdim edib. Şərəfli yeddinci yerdə Rusiya, daha doğrusu, onun dünyada möhkəmlənən mövqeləri qərarlaşıb. Bloomberg analitiklərinin proqnozlarına əsasən, düzəlməz hadisə baş verə bilər: Putin "İslam dövləti"nə qarşı koalisiya yaradacaq və Suriya məsələsi nəhayət həll olunacaq.Bundan əlavə, Yaxın Şərqdə vəziyyətin yaxşılaşması Avropaya miqrant axını azaldacaq, Angela Merkel də, Moskvaya qarşı sanksiyalara aid öz mövqeyini dəyişəcək. Nəticədə, Brüssel anti-Rusiya tədbirlərindən imtina edəcək, Avropa İttifaqı və Rusiya arasındakı münasibətlər bərpa olunacaq. Küskünlüklər unudulacaq, münaqişə həll olunacaq. Eləcə də, rubl möhkəmlənəcək, ümumiyyətlə, Rusiya iqtisadiyyatı yalnız inkişaf edərək aparıcı mövqelərə çatacaq. Nəticədə, Putin Obamaya qalib gələcək.Təbii ki, oxşar proqnoz Amerikanın "dəhşətli hekayələr" siyahısına düşməyə bilməzdi. ABŞ öz media reytinqini itirməkdən çox qorxur. Rusiya isə amerikalıların öz "ulduz" statuslarını itirəcəklərindən qorxmaları üçün onlara həddən artıq səbəblər verir. Amerikalı analitiklər və jurnalistlər əmindirlər ki, o, bunu bilərəkdən edir. Onların kainatında dünya yalnız ABŞ ətrafında dövr edir və hər hansı bir hərəkət ya onlar tərəfə, ya da ki, onlara qarşı yönəlməlidir. Üçüncüsü verilməyib.Lakin başqa bir ssenari də var. Ona əsasən, İŞİD-ə qarşı koalisiya yaratmaq mümkün olmur, çünki Avropa öz millət çəkişmələrində batacaq. Fransada hakimiyyətə Marin Le Pen gələcək. Sərhədlər bağlanacaq, avro düşəcək. Onlarla bir isə Suriya məsələsinin nizamlanması üçün danışıq ümidləri də məhv olacaq. Bu halda, Rusiya yenə də udacaq: artıq vahid Avropa olmayacaq, deməli, Moskvaya qarşı sanksiyalar da olmayacaq. ABŞ isə heç nə qazanmır.Qapalı dairə əmələ gəlir: Bloomberg agentliyinin bütün proqnozları amerikalılar üçün əlverişsizdir. Bu necə bir siyasətdir ki, vəziyyətin bütün mümkün formalarda inkişafı nəticəsində yenə də tam uğursuzluğa gətirib çıxarır? Görünür, Ağ evdə nəyisə nəzərdən qaçırıblar. Bu strateji səhv isə yetərincə bundan əvvəl baş verib. Lakin bunu Vaşinqtonda heç cür anlaya bilmirlər. Bəlkə onlar daha əlverişli proqnozlara etibar etməyə üstünlük verirlər?

Mənbə: Milli.Az

23 dekabr 2015
GO BACK