Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ötən gün ki, devalvasiyadan sonra marketdələrdə yumurta qıtlığı yaranıb, quş ətinin isə bahalaşacağı deyilir. Ancaq hələlik qiymətlər dəyişməyib.Toyuqdan fərqli olaraq yumurta tapmaq müşkülə çevrilib.Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, toyuq yeminin 80 %, yem əlavələrinin 100 %, baytarlıq məhsullarının 100 % , avadanlıqların 100 % -i xaricdən gətirilir. Buna görə də yumurta, quş əti və məhsullarının qiymətinin 30 % artacağı gözlənilir. Yaxın günlərdə məhsulların yeni qiymətlərə marketlərə paylanılması nəzərdə tutulur.
Mənbə: Milli.Az