Qadin.NET / Devalvasiya Formula 1-in büdcəsinə təsir etmir

Devalvasiya Formula 1-in büdcəsinə təsir etmir

Devalvasiya Formula 1-in büdcəsinə təsir etmir
"Manatın devalvasiyası Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının və 2016-cı ildə keçiriləcək Formula 1 yarışının büdcəsinə heç bir təsir göstərməyib".
ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziriAzad Rəhimov deyib.
Nazir bildirib ki, hər iki yarışın büdcəsi artıq təsdiq olunub. Onun sözlərinə görə, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər.
Nazir bir neçə gün öncə Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa Qran Prisinin yolları üçün büdcədən 12 milyon manat ayrıldığını deyib. 
ANS PRESS-in məlumatına görə, Azad Rəhimov bunu qran priyə "son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransında deyib. Həmçinin bildirilib ki, Əməliyyat Komitəsi hələlik 5 milyon xərcləyib.

Mənbə: ANS PRESS

22 dekabr 2015
GO BACK