ANS PRESS-in məlumatına görə, yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən Sumqayıtda keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev ANS PRESS-ə açıqlamasında deyib ki, yarmarkaların təşkili ilə bağlı hazırda işlər gedir. Artıq yerlər seçilib.
"Bu il ötən illərə nisbətən yarmarkaların sayı az olacaq. Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır". M.Hacıyevin sözlərinə görə, yarmarkalarda yerli məhsullarda qiymət artımı yox, əskinə endirim gözlənilir.
Mənbə: ANS PRESS