Üçüncü Dünya Müharibəsi Avropadan dünyaya yayılacaq, ya Yaxın Şərqdə başlayacaq? Dünyanı məhvə aparacaq fitili Rusiya alovlandıracaq, ya Amerika ilə Çin? Budur baş verəcəklərin ssenarisi...Ssenari 1
Avropa 2018-ci ildə döyüşə girəcək. Bu fəlakət ssenarisinə görə ilk döyüş Avropada partlayacaq. Avropa ölkələri yalnız yeddi il içində bir-birlərinə girəcək. Bu iddianı ortaya İngilis Daily Mail qəzeti atıb. Qəzetə görə, başda Yunanıstan olmaq üzrə yaşanan maliyyə böhranını həll etməyə çalışan Avropanı, çox təəssüf ki, sülh dolu bir gələcək gözləmir. Almaniya baş naziri Angela Merkelin bu sözləri bu iddianı təsdiqləyir:"Kimsə Avropada yarım əsr daha sülhün hakim olacağına inanmamalıdır. Əgər avro çöksə, Avropa da çökər" (4npress).
İlk olaraq çətinliklər Yunanıstanda baş verəcək, daha sonra İtaliyada, Almaniyada, İrlandiyada və İngiltərədə bənzər hadisələr baş verəcək.
Pozulan iqtisadiyyatlar, işsizliyin və ictimai qarışıqlığın gedərək yayılmasına yol açarkən, qitə daxilində irqçilik ayrıseçkiliyi yayılacaq, immiqrantlara hücumlar artacaq.
Ssenari 2
İsrailin İranı vurduğu gün, Türkiyə də Suriyanı vuracaq. Londonda yayımlanan "Al-Quds Al Arabi" qəzeti 15 noyabrda Türkiyənin Suriyaya hücum ssenarisi olduğunu vurğuladı. Ərəb mediası və analitiklər Suriyanın artan izolyasiyasını regional döyüş ehtimalı yaratdığını irəli sürürlər. Türk mediası iki müsəlman qardaş ölkənin bir-birinə girəcəyi ilə bağlı bir çox məlumatlar yazmışlar.
Ssenari 3
Digər bir ssenariyə görə, III Dünya Müharibəsi Kosovada başlayacaq. Bu iddianın sahibi Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitriy Rogozindir. Brüsseldə qatıldığı televiziya proqramında bu iddiasını irəli sürmüşdür. Serb xalqının Kosovadakı inkişaflara dözümsüzlüyü bu döyüşə səbəb ola bilər, elə I Dünya Müharibəsi də balkanlarda başlamışdı.
Ssenari 4
Savaş Türkiyə-Yaponiya və ABŞ-Polşa arasında olacaq. Stratfor dünyanın ən çox sözü dinlənilən, xarici siyasət mövzularında Pentaqon daxil bir çox quruluşa məsləhət vermiş strateji araşdırma şirkətlərindən biridir. Stratforun araşdırmaçısı olan Friedmana görə, gələcəkdə Rusiya və Çin geriləyib çökəcək. Üçüncü Dünya Müharibəsi Türkiyə-Yaponiya və ABŞ-Polşa arasında reallaşacaq.Bu ssenariyə görə, Türkiyə 2020-ci ildə dünyanın ən böyük 10-cu iqtisadiyyatına sahib olacaq. Rusiya isə çökmüş vəziyyətə düşəcək. ABŞ Türkiyənin və Yaponiyanın inkişafından olduqca narahatdır.
Ssenari 5
ABŞ və Çin arasındakı kiber müharibə gerçəyə çevriləcək. ABŞ Nümayəndələr Məclisi Kəşfiyyat Komitəsinin sədri Mayk Roqers "Çinin internet üzərindən etdiyi hücumlarla ABŞ-dan məlumatçalma səylərinin dözülməz bir nöqtəyə gələcəyinə və bir çox dövlətin Pekini bu mövzuda dayandırmaq üçün hərəkətə keçəcəyini" söylədi. Bu vaxt Çin-ABŞ gərginliyi ticarət sahəsində də özünü göstərəcək.
Orxan Hun
Mənbə: Milli.Az