Qadin.NET / Bakıda dollar ajiotajı

Bakıda dollar ajiotajı

Bakıda dollar ajiotajı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar nəticəsində dolların məzənnəsinin 1,5500 manat miqdarında müəyyən edilməsi əhali arasında ajiotaj yaradıb.
Bu qərar valyuta mübadiləsi məntəqələrinə axın yaradıb desək, yanılmarıq. ANS PRESS Mərkəzi Bankın qərarından sonra paytaxt Bakının bəzi ərazilərindəki müdabilə mərkəzlərində müşahidələr aparıb. Satıcılar təkcə bu gün səhər saatlarından indiyə qədər bir həftə ərzində satdıqları qədər dollar dəyişdirdiklərini deyiblər. 
Məntəqələrin əksəriyyətində dolların alış-satış qiymətləri göstərilməyib. Onlar 1,58-1,60 manat arasında dəyişirlər. Alış qiyməti isə 1,52 manat civarındadır. 
28 May yaxınlığındakı məntəqənin əməkdaşı Əkbər Həsənli deyir ki, dolların qəfildən bahalaşması və insanların bu valyutaya olan ehtiyacını qarşılamaq onlar üçün çətinlik yaradıb: "Düzdür, hazırda əlimizdə kifayət qədər ABŞ valyutası ehtiyatı var. Ancaq belə davam etsə, əlimizdəki pul qurtaracaq. Bəzi mübadilə məntəqələrinin isə ehtiyatlanaraq satışdan imtina etməsi bizim işimizi daha çətinə salıb".

Mənbə: ANS PRESS

21 dekabr 2015
GO BACK