Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 0-4° isti, gündüz 9-12° isti olacağı gözlənilir.Azərbaycan rayonlarında, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az