Qadin.NET / İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir

İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir

İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir
İndoneziyada içərisində 122 nəfərin olduğu sərnişin daşıyan gəmi batıb.
ANS PRESS-in xarici KİV-nə istinadən verdiyi məlumata görə, ölkənin 4 böyük adasından biri olan Sulavesi adası yaxınlığında batan gəmidəki sərnişinlərdən 14 nəfəri uşaqdır. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib. 
Reuters xəbər agentliyi hadisəyə səbəb kimi gəminin motorunda nasazlıq yarandığı barədə məlumat yayıb. Ancaq yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gəminin batmadığını, sadəcə texniki nasazlıq yarandığı üçün əlaqənin kəsildiyini bildiriblər.
BBC-nin məlumatına görə, İndoneziyanın sularda xilasetmə idarəsi məlumat yayıb ki, xilasedicilər batmış bərədəki insanlardan 21-ni xilas edə biliblər. 2 nəfərin isə cəsədi çıxarılıb.

Mənbə: ANS PRESS

20 dekabr 2015
GO BACK