Qadin.NET / Şəhid olan əsgər torpağa tapşırıldı

Şəhid olan əsgər torpağa tapşırıldı

Şəhid olan əsgər torpağa tapşırıldı
Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələrinin müxtəlif istiqamətlərdə qarşı tərəfin təxribat törətmək cəhdlərinin qarşısını alarkən şəhid olan, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər İbrahim Əvəz oğlu Nurməmmədzadə bu gün doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Xudat şəhərində torpağa tapşırılıb.
ANS PRESS-in məlumatına görə, 1997-ci ildə anadan olan və 2015-ci ilin iyul ayındaSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən hərbi xidmətə yollanan şəhid əsgərin dəfnində Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri, Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri, o cümlədən ailə üzvləri və yaxınları iştirak edib.

Mənbə: ANS PRESS

20 dekabr 2015
GO BACK