Qadin.NET / Dünyanın ən bahalı məhsulları

Dünyanın ən bahalı məhsulları

Dünyanın ən bahalı məhsulları
Bütün dünya qurmanları dünyada ən nəfis və bahalı yeməklərin dequstasiyasından həzz alırlar. 
ANS PRESS-in məlumatına görə, bu onlarda həzz almağla yanaşı həmçinin hobbi sayılır.
Sizin diqqətinizə dünyada ən bahalı on məhsulu və onların nə üçün belə baha olmasının səbəblərini təqdim edirik.
Zəfəran
- 1 kq 9600 dollar 
Dünyanın ən bahalı məhsulları
Bu ədvanın belə baha olması onun yetişdirməyin olduqca çətin olması ilə bağlıdır. Zəfərən çiçəyində cəmi 2-3 ədva teli olur. Onu yığmaq çətin olsa da yeməklərdə bircə qramı nəfis dadlar əldə etməyə kömək edir. Zəfəran yeməklərə qırmızıya bənzər rəng və xüsusi nəfis dad verir, həzmi asanlaşdırır, dərini gözəlləşdirir. O dünyanın ən bahalı ədviyyatıdır. 

"Kona Nigari" Havay suyu - 1000 dollar
Dünyanın ən bahalı məhsulları
Dünyanın ən bahalı suyu Havay sahilində okeanın 600 metr dərinliyindən çıxarılır. Belə böyük dərinliyə görə, su çirkləndirməylə bulaşmayıb. Artığ çəkini atmağa və dəri vəziyyətini yaxşılaşdırmağa kömək edir. Yaponiyada xüsusilə məşhur "Kona Nigari" suyu təxminən 1000 dollardır.

Ağ italyan trüfelləri - 3500 dollar
Dünyanın ən bahalı məhsulları
Ağ trüfellər xüsusi olaraq nadir tapıldıqlarına görə yüksək qiymətləndirilir. Onları tapmaq üçün xüsusi olaraq öyrədilmiş donuzlardan istifadə edilir. İtaliyanın yalnız bir rayonunda və yalnız ildə iki ay boyunca ağ trüfel tapmaq mümkündür. Onların qiyməti yarım kilo üçün 3500 dollar ola bilər.

Mərmər mal əti - 1 kq-ı 800 dollar
Dünyanın ən bahalı məhsulları
Bu vaqyu cinsindən olan mallların zərif və yağlı mərmərə bənzər ətidir. Yaponiya bazarında bu ətin kq-ı 250–400 dollar arasındadır. Başqa ölkələrdə isə qiymət daha baha olur. Buna səbəb isə heyvanların xüsusi qulluq və saxlanma şəraiti tələb etməsi ilə bağlıdır. Bu inəklər seçilmiş otlar və buğda ilə qidalanır, premyum sinfinə məxsus pivə içir, stressə qarşı massaj edilirlər. Bu həm də yağın onların bədənində bərabər paylanmasına kömək edir. 

Kral yemişi - 12 000 dollar
Dünyanın ən bahalı məhsulları
Yaponiyada bir-birinə delikateslər vermək xoş adətdir. Məhz buna görə də elit məhsulların payının böyük hissəsi bu ölkənin payına düşür. Bunlardan biri də kral yemişi olan yubaridir. Bu iki növ yemişin hibritidir. Bu növ az sayda Hokkaydo adasında yetişdirilir. Yemişin qiyməti 24 min dollara kimi qalxa bilir. Yaponlar düşünürlər ki, bu qeyri-adi bir bostan bitkisidir. Onun təkrarolunmaz dadı və ətri, ideal dairəvi forması, məxsusi rəngi var. Hesab edilir ki, onun görünüşü farfor vazanı xatırladır. 

Mavi durna balığı - 1 kq 8100 dollar 
Dünyanın ən bahalı məhsulları
Dünyanın ən iri və sürətli balıqlarındandır. 2012-ci ildə çəkisi 222 kq olan bu balıq hərracda 1,8 milyon dollara satılıb. Bu il isə 180 kq çəkili balığı yapon restoran sahibi 37 500 dollara alıb. Mütəxəssislərin fikrincə, balığın qiymətindəki bu ucuzlaşma onun sayının nisbətən artması ilə bağlıdır. 

Fransız kartofu - 1 kq 457 dollar 
Dünyanın ən bahalı məhsulları
"La bonnotte de Noirmoutier" Nuarmute adasında yetişdirilir. Məhsuldarlıq ildə 100 tondan artıq olmur. Bu növə xüsusi qulluq lazımdır və onu demək olar ki, saxlamaq mümkün deyil. Kartofun özünəməxsus kəmşirin dadı var. İlk dəfə bazara çıxarılanda kq-ı 457 avrodan satılıb. İndi isə qiymətlərdə ucuzlaşma var. Hətta may ayında qiymətin 10 avroya kimi düşəcəyi gözlənilir. 

Qara qarpız - 6000 dollar
Dünyanın ən bahalı məhsulları
Yaponiyanın daha bir elit delikatesidir. Əslində onun rəngi tünd yaşıldır və üzərində zolaqlar yoxdur. Kral yemişi kimi oda ancaq Hokkaydo adasında yetişir və çox nadir məhsuldur. Onun üçün rekord qiymət 2003-cü ildə verilən 6 min dollar olub. Sonradan qiymətdə cüzi ucuzlaşma olub. Qarpızın 90 faiz sudan ibarət olduğunu nəzərə alsaq onun belə baha olmasının səbəbləri anlaşılmazdır. 

Almaz kürü - bir kiloqramı 10 000 avro 
Dünyanın ən bahalı məhsulları
Yəqin ki, albinos ağ balığın kürüsünü görən və ya yeyən adamımların sayı barmaq sayından çox deyil. Bu dünyanın ən bahalı kürülərindəndir. Balıq nə qədər böyük, kürü nə qədər rəngli olsa, bir o qədər baha olur. "Almas" adlandırılan bu kürünün bir 1 kq-nın qiyməti 10 min avroya çatır. Onun bahalığı isə ağ balığın özünün nadir canlı olaraq "Qırmızı kitab"a düşməsi ilə bağlıdır. Albinos ağ balığın kürüsü meşədə iynə tapmağa bərabərdir. 

Yaqut üzüm - salxımı 5400 dollar
Dünyanın ən bahalı məhsulları
Xüsusi rəngi, iri gilələri ilə seçilən yaqut üzüm də Yaponiyanın məhsuludur. Onun hər giləsinin diametri 3-sm-dən başlayır və 20 qrama çatır. Bu sort 14 illik təcrübənin nəticəsində əldə edilib. Ötən ilin yayında üzüm hərracda 5400 dollara satılıb.

Mənbə: ANS PRESS

19 dekabr 2015
GO BACK