Qadin.NET / Prezidentlərin görüşü başladı

Prezidentlərin görüşü başladı

Prezidentlərin görüşü başladı
İsveçrədə səfərdə olan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb. 
ANS PRESS-in məlumatına görə, prezidentlərin görüşü ATƏT-in Misnk qrupunun təşəbbüsü ilə baş tutur.
Minsk qrupunun amerikalı həmsədri Tvitter səhifəsində görüşdən öncə çəkilən fotonu paylaşıb. 
Prezidentlərin görüşü başladı
Bu gün İsveçrədə səfərdə olan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. ANS PRESS-in məlumatına görə, prezidentlərin görüşü ATƏT-in Misnk qrupunun təşəbbüsü ilə baş tutur.

İlham Əliyev ötən gündən İsveçrənin Bern şəhərindədir. Görüş elə bu şəhərdə baş tutacaq. Prezientlərin bu dəfəki görüşündən gözləntilər böyükdür. Rəsmi Bakı görüşlərdən yayınmır və görüşməyə hazırdır. Amma görüş, sadəcə görüş xatirinə olmamalıdır.
Bundan əvvəl xəbər yayılmışdı ki, Əliyevlə Sarkisyanın görüşü dekabrın əvvəllərində baş tutacaq. Həmin ərəfədə Azərbaycan Prezident Administrasiyası bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə doğru hər hansı addım üçün şəraitin yaradılacağına dair əminlik olarsa, görüş baş tuta bilər.
Politoloq Qabil Hüseynli ANS PRESS-ə bildirib ki, Rusiya və Türkiyə arasında baş verən gərginlik görüşün nəticələrinə təsir göstərəcək: “Ölkələr arasında gərginlik erməniləri ruhlandırır. Azərbaycan tərəfini isə müəyyən qədər sıxır. Rusiya bu məsələdə obyektiv mövqe tutarsa, nəticəli görüş alına bilər”.
Prezidentlərin görüşü başladı

Mənbə: ANS PRESS

19 dekabr 2015
GO BACK