Keyfiyyətli məhsulun əsas göstəricisi onun sertifikatının olmasıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyir ki, sahibkarlar məhsulu yalnız akkreditasiya olunan qurumlardan almalı və onlardan sertifikat tələb etməlidirlər.Qurumun rəsmisi bildirib ki, keyfiyyətsiz məhsulların əksəriyyəti Çindən gətirilir. Keyfiyyətsiz məhsulları bir sıra əlamətlərinə görə fərqləndirmək olar. Mütəxəssislər deyirlər ki, əgər yolka və oyuncaqdan qoxu gəlirsə və ya rəngi çıxırsa, deməli, həmin məhsul keyfiyyətsizdir.Belə keyfiyyətsiz məhsullar insanlarda dəri xəstəliklərinə, xüsusən də uşaqlarda zəhərlənmələrə səbəb ola bilər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bu istiqamətdə monitorinqlərin davam etdirildiyi, qaydalara riayət etməyənlərin cəzalandırılacağı bildirilir.
Mənbə: Milli.Az