Qadin.NET / Millət vəkillərimizin Yeni il planları

Millət vəkillərimizin Yeni il planları

Millət vəkillərimizin Yeni il planları
Artıq Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində, ailəsi və qohumları ilə birgə keçirir, kimisi isə Yeni ili qeyd etmək üçün xaricə üz tutur. Bir sözlə, hamının bayram ilə bağlı müxtəlif planları var. 
ANS PRESS Millət vəkillərinin bayramı harada və necə keçirəcəyi barədə maraqlı araşdırma aparıb. Deputatlarımız Yeni illə bağlı planlarını açıqlayıb.
Millət vəkili Vahid Əhmədov bayram günü Qubada olacağını dedi: "Məndə olan məlumata görə, insanlar Yeni ili DubaydaGürcüstanda keçirməyə üstünlük verirlər. Amma bu düzgün deyil. Xüsusən, iqdisadiyyatın zəif olduğu bir vaxtda yaxşı olar ki, hamı pulu eləAzərbaycanda xərcləsin", - deyə Vahid Əhmədov əlavə etdi.

Mənbə: ANS PRESS

18 dekabr 2015
GO BACK