Qadin.NET / Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi

Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi

Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.
ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlərin görüşü dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək. Sabah Serj Sarkisyan Bernə işgüzar səfərə yola düşəcək. 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
Daha öncə prezidentlərin dekabr ayında görüşəcəyi açıqlanmışdı. İlk olaraq onların dekabrın 1-də Fransanın paytaxtı Parisdə görüşəcəyi deyilirdi. Lakin sonradan terror təhlükəsi ilə bağlı olaraq görüş yeri dəyişdirilmişdi. 
İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

Mənbə: ANS PRESS

17 dekabr 2015
GO BACK