Qadin.NET / Ölkə ərazisində qar yağacaq

Ölkə ərazisində qar yağacaq

Ölkə ərazisində qar yağacaq
Dekabrın 17-nə Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Axşama doğru buludluluq artacaq, yağış və sulu qar yağacaq. Havanın temperaturunun gündüz 9° isti olacağı ehtimal olunur.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu və yağıntılı keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun 10° isti olacağı gözlənilir. 
Qərb bölgələri: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu olacaq. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarsından sonra daha da güclənəcək. Sulu qar və qar yağacağı bildirlir. Havanın temperaturu isə 10° istini göstərəcək.
Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun 8° isti olacağı müşahidə olunacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu olacaq. Çiskin müşahidə olunacaq. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturu 10° isti olacaq.
Cənub-şərq bölgələri: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən yağmursuz olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun gündüz 10° isti olacağı deyilir. 
Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu və yağıntılı olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperatur isə 5° istini göstərəcək. 

Mənbə: ANS PRESS

17 dekabr 2015
GO BACK