NASA-nın elm adamlarının sözlərinə görə, iri qaya parçasını xatırladan asteroid "2003 SD220" və ya "163899" adlanır.
Onun ölçüləri olduqca böyükdür - diametri 2,41 km. Göy cismi dünyanı sıyırıb keçəcək.
Səma cisminin düşəcəyi ilə bağlı xəbərlərin yayılması güclü zəlzələ və sunami təhlükəsi riskini də özü ilə gətirib.
Ancaq son açıqlamalar bu risklərin əsassız olduğunu ortaya çıxarıb. Belə ki, asteroid dünyadan 12 milyon km aralıdan keçəcək. Bu isə Ayla dünya arasındakı məsafənin 28 qatıdır.
Mənbə: ANS PRESS