Onlardan bəziləri artıq gerçəkləşib.
Hər il Saxo Bankın ekspertləri qarşıdan gələn il üçün şok proqnozlar toplusunu dərc edirlər. Proqnozların bəziləri ümumi məntiqə yad olsalar da, gerçəkləşənləri də olur. Şokedici proqnozlar tarixi stereotiplərdən qaçınmağa yönəlib.
Bazarlar yeni paradiqmanın formalaşması vəziyyətində, pul vəsaitlərinin dəyərinin artması, bazarların qeyri-müəyyənliyi şəraitindədir. Bəzi investorlar baş verən hadisələrə dair dərin narahatçılıq keçirir və hesab edirlər ki, dünya bazarları hansısa mənada “yolun sonundadırlar”, bu barədə icmalda bankın baş iqtisadçısı Stin Yakobsen qeyd edib.
Proqnozları müzakirə edərkən onların Saxo Bankın rəsmi proqnozları olmadığını unutmaq lazım deyil. Bu müxtəlif bazarları əhatə etməklə neft qiymətlərindən başlayaraq Rusiya valyutasının bivalyuta səbəti ilə nisbətdə yüksəlməsi, Olimpiya oyunlarının Braziliya iqtisadiyyatına təsiri və s. mövzulara aiddir.
Avro-dollar 1,23
Federal ehtiyat sisteminin son yatırımların artırılmasının son silsiləsinin başa çatmasından artıq 12 il ötür. Buna qədər isə daha iki iri silsilə 1994 və 1998-ci illərdə olub, Stin Yakobsen qeyd edir.
Qiymət artımı dövründə dollar hər zaman bahalaşıb, indi bu təkrar ola bilər. EUR/USD cütlüyü yenidən 1,23 səviyyəsində ola bilər. İnvestorlar bu dəfə paritet görmürlər.
Makro-iqtisadiyyat nöqteyi-nəzərindən dolların məzənnəsinin dinamikasını istənilən aktivlərin gəlirliliyi müəyyən edəcək, Stin Yakobsen qeyd edir. Dollar zəifləsə dünya resessiyada olacaq. Belə ki, güclü dollar borc yükünü artıracaq, Amerika korporasiyalarının gəlirini azaldacaq, xammala təzyiqi artıracaq, dünya iqtisadiyyatına 50% artım gətirən, inkişaf edən bazarlar gəlirsiz qalacaq.
“İndi Avropada cari hesabın nəhəng profisiti kiçik inflyasiya ilə vəhdətdə makro-iqtisadiyyat nəzəriyyəsi baxımından valyutanın zəifləməsinə deyil, güclənməsinə aparıb çıxarmalıdır. Çevrə qapandı. Bu isə o deməkdir ki, Amerikanın və müvafiq olaraq dünya iqtisadiyyatının təşviqinə yönəlmiş əsas siyasi reaksiya çərçivəsində dolların ucuzlaşması zamanı gəlib çatıb”, - S.Yakobsen yekunlaşdırır.
OPEK-də panika və ya bir çəllək üçün 100 dollar
“2016-cı ilin əvvəlində neft bazarı istehsalatın yüksək göstəricilərinə görə təzyiq altında qalacaq, bununla yanaşı, İran tərəfdən ixracatın artması aşağı istiqamətdə hərəkət edən dinamikanı gücləndirəcək. I rübdə Brent neftinin qiymətləri 2009-cu il resessiyalarına çatacaq və minimumları ötəcək, bu, amerikan istehsalçılarının dayanıqlığı sayəsində baş verəcək”, - bu barədə icmalda Ole S.Hansen bildirib.
Tələbat artımın əmin templərini qoruyub saxlayacaq, ona görə də neft ehtiyatlarının azalmasına diqqət yetirmək lazımdır. Yaxın Şərqdə geosiyasi risklərin artması qiymətlərin bahalaşmasına gətirib çıxaracaq.
Yüksələn trendin qiymətləri bir barel üçün 100 dollara çatacaq, amma neft qiymətləri, həm də uzun bir müddətlik 50-70 dollar diapazonuna qayıdacaq.
Rubl 20% artacaq
Neft kotirovkalarının artması sayəsində Rusiya rublu stimul əldə edəcək. ABŞ-ın yatırımlarının artım sürətinin aşağı olması inkişaf edən ölkələr, o cümlədən də Rusiya üçün də əlavə impuls verəcək.
Bu qəbildən olan hadisələr kapital axınının balansını dəyişəcək və beynəlxalq investorları Rusiyaya investisiya yatırmağa sövq edəcək, bu isə yaranmış qarşıdurmadan real çıxış imkanı yaradacaq, Con Hardi qeyd edir.
2016-cı ilin sonunda Rusiya rublu bivalyuta səbətinə qarşı 20% artacaq.
“Start-up”lar yerlə-yeksan olacaq
2015-ci ilin birinci yarısında son 25 il ərzində vençur kapitalı ilə yerinə yetirilən sazişlər minimuma eniblər, Piter Harnri qeyd edib. “Start-up”lara qoyulan 1 milyard dollardan çox investisiyalar texnoloji şirkətlərin bazarında “köpüyün” yaranmasına gətirib çıxarır. Beləliklə də, 2016-cı il bizə 2000-ci ilin “dotkomlar” (.com) əhvalatını xatırlada bilər.
Federal ehtiyat sistemlərinin yatırımlarının artması 2016-cı ildə bütün aktivlərdə öz izini qoyacaq. Müvafiq olaraq alternativ investisiyaların “start-up”larda gəlirliliyi artacaq. Bu isə 2016-cı ildə ABŞ-ın fond bazarının konsolidasiyası ilə vəhdətdə İPO-ya hesab götürən vençur fondların investorlarını bir qədər əsəb keçirməyə məcbur edəcək.
Amma bazar bu baha qiymətə texnoloji şirkətləri almayacaq. Kütləvi ucuzlaşma vençur maliyyələşdirmənin axınının qarşısını alacaq və ən bahalı region olan San-Fransiskoda mənzillərin qiymətinin artmasını dayandıracaq.
Braziliyada Olimpiada iqtisadiyyatın bərpasına təkan verəcək
Olimpiya Oyunları Braziliyanın, eləcə də digər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının bərpasına təkan verəcək.
“Stabilləşmə, Olimpiya oyunlarına çəkilən investisiya xərcləri və islahatlar Braziliyanın bərpasına dəstək olacaq. Burada, həmçinin digər inkişafda olan ölkələrdə (İOÖ) yerli valyutanın zəifliyi inkişaf etmiş ölkələrə (İEÖ) ixracın artmasına səbəb olacaq və nəticədə İOÖ-nün səhmlərini uğurlu bir il gözləyir”, - deyə proqnozda qeyd edilir.
Nəticədə inkişaf edən bazarların aksiyaları üçün 255 artım və istiqraz, eləcə də digər fond indeksləri üzərində qələbə hazırlanıb.
El-Ninyo inflyasiyanın artımına sövq edir
El-Ninyo qasırğası inflyasiya artımına səbəb olacaq: “Kənd təsərrüfatında aşağı məhsuldarlıq dünya iqtisadiyyatının ekspansiyası fonunda tələblə müqayisədə təklifin azalmasına gətirib çıxaracaq. Bununla da “Bloomberg Agriculture Spot” indeksi 40% artacaq və gözlənilən inflyasiya təzyiqi yaradacaq”.
Respublikaçılar kənarda qalacaq
2016-cı ildə ilkin prezident seçkiləri xaosla nəticələnəcək. Seçkilərin nəticələrinə görə, növbəti zəif prezident seçiləcək. Donald Tramp darmadağın olacaq. Onunla bərabər onun partiyası da çökəcək, bu, Con Hardinin ehtimallarıdır.
Konqresdə respublikaçılar yaxın dörd ildə partiya sıralarında baş verən daxili qarşıdurmalar nəticəsində devriləcək. Bu isə demokratların mübarizəsiz qələbəsinə gətirib çıxaracaq.
Bu trendin savadlı, liberal əhval-ruhiyyəli, amma işsiz amerikalılar arasında populyarlığı yavaş-yavaş artır. Onlar son səkkiz ildə siyasi durğunluqdan bezərək demokratlara səs verirlər.
Seçkilərdən sonra dolların məzənnəsi yenidən ucuzlaşa bilər. Amma ilin sonuna yaxın vəziyyət kəskin şəkildə dəyişəcək. İqtisadi inkişafı dəstəkləyən yeni stimullar dolların sürətlə bahalaşmasını şərtləndirə bilər, Con Hardi sözünü yekunlaşdırıb.
Gümüş qızıl qandalları qıracaq
Gümüşün dəyəri qızılın və sənaye metallarının qiymətinin dinamikası ilə müəyyənləşdirilir, Ole Slot Hansen qeyd edir. 2012-ci ildən bəri davam edən ucuzlaşma sənaye metallarına olan tələbata dair narahatlıqdan irəli gəlir.
Bank gümüşün 33% bahalaşacağını proqnozlaşdırır. Proqnoza görə, 2016-cı ildə gümüş yenidən investorların inamını qazanacaq. Siyasətçilərin karbon dioksid tullantılarını azaltmaq məqsədi ilə bərpa olunan enerji mənbələrini dəstəkləməsi fotoelementlərin (günəş panellərində istifadə olunan cihaz) istehsalında istifadə edilən gümüşə tələbatın artımını dəstəkləyəcək. Nəticədə, gümüş digər metalları geridə qoyaraq 1/3 qədər bahalaşacaq.
Korporativ istiqrazlar çökəcək
Bankın digər proqnozuna görə, Federal ehtiyat sisteminin aqressiv siyasəti korporativ istiqrazlar bazarında çöküşə səbəb olacaq.
2016-cı ilin sonunda FES monetar siyasətin sərtləşdirilməsi və faiz dərəcələrinin artırılması ilə bağlı bir sıra aqressiv tədbirlər həyata keçirə bilər ki, bu da öz növbəsində iri istiqraz bazarlarında kütləvi satış, o cümlədən gəlirliliyin artması ilə nəticələnə bilər.
İstiqraz ticarəti demək olar ki, bankların və brokerlərin balansından yoxa çıxıb, bu isə o deməkdir ki, bazarın fəaliyyəti üçün əhəmiyyətli bir amil artıq mövcud deyil. Lakin bazar iştirakçılarının bunu anlaması müəyyən vaxt tələb edəcək və alıcılar təşviş içində bazarı tərk etməyə can atacaqlar.
Kasıblar zənginlərə güləcək
Saxo Bankın proqnozlarına görə, bərabərsizlik dəbdəbəni üstələyəcək: “Bərabərsizliyin və işsizliyin 10% səviyyəsini üstələməsi problemi ilə üzləşən Avropa vahid baza gəlirini tətbiq etməyi planlaşdırır ki, bu da hər kəsin başlıca tələbləri qarşılamaq imkanını təmin edəcək. Daha elitar cəmiyyətlərdə dəbdəbə (lyuks) mallara tələb azalacaq ki, bu da həmin sahədə böhran doğura bilər”.
Mənbə: Bizim yol.