ANS PRESS-in məlumatına görə, razılığa əsasən, ABŞ-ın 40 il ərzində ölkədən neft ixracatına qoyduğu qadağa aradan qaldırılıb. Konqresmenlərin razılaşma əldə etdiyi haqda Nümayəndələr palatasının spikeri Pol Rayan məlumat verib.
Rayanın sözlərinə görə, dövlət xərcləri üzrə planın təsdiqlənməsinə dair müzakirələr dekabrın 17-nə təyin olunub. Dövlətin xərclərinə 1,1 trilyon ABŞ dollarının ayrılması planlaşdırılıb.
1975-ci ildə qüvvədə olan neft ixracatı qadağasına gəldikdə isə Viskonsin ştatından olan Reyd Ribbl bildirib ki, neft embarqosunun götürülməsində respublikaçılar israr ediblər.
Dövlət xərclərinə dair qanunun qəbul edilməsində ləngimə məhz bu sual üzrə demokratçılarla respublikaçılar arasında fikir ayrılığı yaranması səbəbindən baş verib. Embarqonun götürülməsinə qarşı ABŞ prezidenti Barak Obama da çıxış edib. Demokratlar hesab edirlər ki, ekoloji cəhətdən bərpa olunan enerji ilə işləyən şirkətləri dəstəkləmək lazımdır. Respublikaçılar partiyasının nümayəndələri isə amerika neftinin ixracatının ölkəyə əlavə gəlir gətirəcəyinə və büdcəni balanslaşdırmağa imkan verəcəyinə diqqət çəkirlər.
Mənbə: ANS PRESS