ANS PRESS-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.
Bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev Qəbələdə keçirilən vətəndaşların qəbulu zamanı bildirib.
Onun sözlərinə görə, DSMF-in mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıtşəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb. “Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər”.
Mənbə: ANS PRESS