Qadin.NET / "Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı

"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı

"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Böyük Britaniyanın mərhum Baş naziri Marqaret Tetçerin şəxsi əşyaları 5 milyon dollara satılacaq.
ANS PRESS-in məlumatına görə, Londonda Christie's hərracında baş tutan satış zamanı onun şəxsi əşyaları ümumilikdə 5 mln. dollara satılıb. 
Əşyaların arasında ən qiymətlisi keçmiş ABŞ prezidenti Ronald Reyqanın Marqaret Tetçerə hədiyyə etdiyi qartal heykəli hesab olunur.
Bu heykəlin hərracda 12 min dollara satılacağı düşünüldüyü halda o, 400 min dollara satılıb.
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Hərrac zamanı ümumilikdə 350 əşya satışa çıxarılıbki, onların 200-ü elektron hərrac vasitəsi satılıb.

Bu ilin isə əvvəlində Böyük Britaniyada Marqaret Tetçerin SSRİ lideri ilə 1985-ci ildə başlayan dostluq əlaqələrini özündə göstərən gizli əl yazmalar hərraca çıxarılıb.
1925-ci ildə Şimali İngiltərənin Qrantem şəhərində anadan olan Marqaret Tetçer məktəbi əla qiymətlərlə bitirərərək Oksford Universitetinə qəbul olub. Eyni zamanda fəal siyasətə qoşulan Tetçer, 1959-cu ildə parlamentə üzv seçilir. 1975-ci ildə isə Mühafizəkarlar partiyasına rəhbərlik etməyə başlayıb. Daha sonra 1979-cu ildə seçkilərdə qələbə qazanaraq, 1990-cı ilə qədər Britaniya hökümətinə rəhbərlik etdi. Tarixdə Tetçerin adı "Dəmir Ledi" kimi qalıb.
Marqaret Tetçer 2013-cü il insultdan vəfat edib.

Mənbə: ANS PRESS

16 dekabr 2015
GO BACK