ANS PRESS-in məlumatına görə, Facebook şirkəti öz siyasətində yenilik etməyə hazırlaşır.
Daha öncə bir necə dəfə şirkətə saxta adlara qadağa qoyulması ilə bağlı müraciətlər edilmişdi. Görünür Facebook rəhbərliyi gələn şikayətlərdən nəticə çıxarıb.
Şirkət çərşənbə günündən öz yeni sistemini yoxlamadan keçirməyə başlayıb. Yeni sistemə görə, istifadəçilər yalnız xüsusi hallar olduqda təxəllüslərdən istifadə edərək sosial şəbəkəyə daxil ola biləcəklər.
Facebook-un “əsl ad” siyasətinin tədbiqi ağır vəziyyətə düşən, məişət zorakılığına, təqiblərə məruz qalan, cəmiətdə təhqir edilən insanlara kömək niyyətilə tətbiq edilir.
Lakin hələlik adların doğruluğunun hansı yolla müəyyən ediləcəyi ilə bağlı məlumat verilməyib.
Mənbə: ANS PRESS