Qadin.NET / Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Hərbi qulluqçumuz həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub. 
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Dovex, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.
Ötən gün Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Azərbaycan Ordusu tərəfindən endirilən zərbə nəticəsində məhv edilib. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır. 
Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə, o, canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib.

Mənbə: ANS PRESS

15 dekabr 2015
GO BACK