Qadin.NET / Bakı metrosundan Yeni il sürprizi

Bakı metrosundan Yeni il sürprizi

 

Bakı metrosundan Yeni il sürprizi

Bakı Metropoliteni sərnişinlər üçün Yeni il sürprizi hazırlayır.

 

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, bayram ərəfəsində sərnişinlər metroda xoş sürprizlərlə qarşılaşa bilərlər: "Sərnişinlər sürprizə hər zaman hazır olsunlar. Hər an hər şey ola bilər".
Sirr olduğu üçün sürprizlərin nədən ibarət olduğunu açıqlamayan şöbə rəisi bununla belə, sərnişinlərin metroda Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla rastlaşa biləcəklərini istisna etməyib.

Mənbə: Milli.Az

15 dekabr 2015
GO BACK