Türkiyənin əfsanəvi aktrisası Türkan Şorayın Bakıda “Uzaqlarda arama” filminin premyerası baş tutub.
ANS PRESS-in məlumatına görə, Türkan Şoray qızı Yağmur Unal ilə birlikdə mərasimdə iştirak ediblər.
Filmin qala gecəsinə Azərbaycan və Türkiyənin mədəniyyət və incəsənət xadimləri, bir sıra qonaqlar qatılıb.
Filmin nümayişindən sonra mətbuat konfransı keçirilib. Bakıda olmaqdan məmnun olduğunu deyən filmin baş qəhrəmanı azərbaycanlılara xüsusi rəğbət bəslədiyini bildirib.
Qızı ilə birlikdə işləməkdən bəhs edən aktrisa, bunun çox həyəcanlı olduğunu bildirib. Tamaşaçılar Türkan Şorayla şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıblar.
Tamaşaçının sosial şəbəkədə Türkan Şorayla paylaşdığı şəkil
Sənətçi güman edir ki, azərbaycanlı tamaşaçılar “Uzaqlarda arama” filmini sevəcəklər.
Nizami Kino Mərkəzində keçirilən tədbirdə bir çox qonaqlar məhz Türkan Şoraya görə mərasimə qatıldıqlarını deyiblər.
Türkan Şoray və Yağmur Unal
Filmə baxan tamaşaçıların sosial şəbəkələrdə paylaşdığı statuslardan belə aydın olur ki, filmin ssenarisi o qədər də güclü olmayıb. Filmdə Türkan Şorayın qızı da çəkilib.
Filmin rejissoru, "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə baş verən faciə ilə bağlı başsağlığı da verib.
anspress.com