Qadin.NET / Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb

Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb

Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla ƏliyevaParisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP-21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.
Rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.
Noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə COP-21 Konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Mənbə: ANS PRESS

8 dekabr 2015
GO BACK