Azərbaycanda "donuz qripi" xəstəliyinin yayılma ehtimalı yoxdur.
Bunu ANSPRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər. "Bilirik ki, İrandadonuz qripi yayılıb. Lakin narahatlığa heç bir əsas yoxdur. Nazirlik hər an belə halları nəzarət altında saxlayır. İrana sərhəd olan ərazilərdə də səhiyyə yüksək səviyyədə təşkil olunub", - deyə Səfayə Əhmədova əlavə etdi.
Onun sözlərinə görə, təkcə, virusların yayıldığı vaxtda deyil, ümumiyyətlə, hər zaman Səhiyyə Nazirliyi xəstəlikləri nəzarətdə saxlayır və bu istiqamətdə lazımi tədbirlər görülür.Azərbaycanda "donuz qripi"nin yayılmasının gündəmə gəlməsi İranda yayılan bu xəstəlik nəticəsində ölənlərin sayının 35 olmasıdır. Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib.
Onun sözlərinə əsasən, hazırda virus İranın iki əyalətində geniş yayılıb. Bunlar cənub-qərb əyalətləridir. Girman vilayətinin inzibati mərkəzində virusdan 28 nəfər, Sistan və Bəlucistan vilayətlərində isə daha 5 nəfər ölüb. Ölüm sayının artacağı istisna edilmir.
İran səhiyyə nazirliyi bildirir ki, virusun tezliklə Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətlərinə və paytaxt Tehrana da yayılacağı gözlənilir.Ölkənin səhiyyə müəssisələrinə virusa yoluxmuş 600-dan çox xəstə daxil olub.
“Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili vəAvstraliyada daha çoxdur.
Mənbə: ANS PRESS