Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanunu təsdiq edib.
Milli.Az Azərtac-a istindən bildirir ki, qanunda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilsin.Maddə 2. Qanunun qüvvəyə minməsiBu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir".
Mənbə: Milli.Az