Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.
Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!Əldə etdiyimiz məlumata görə, mərhumun bir oğlu olub.
Ümumiyyətlə son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışırlar. Rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb.
Noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu və əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.
Mənbə: ANS PRESS