ANS PRESS-in Cənub hərbi dairəsinə istinadla vediyi məlumata görə, təlimlərə 50-dən çox gəmi cəlb edilib.
“Birinci mərhələdə elementlərinin icrasına 50-dən çox gəmi, o cümlədən raket gəmiləri “Tatarıstan” və “Dağıstan”, kiçik raket və artilleriya gəmiləri “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Volqodonsk”, “Maxaçkala”, “Astraxan” istirak edir”, - deyə hərbi dairədən bildiriblər.
Dənizçilər gəmilərin döyüşə hazırlıq, həyat uğrunda mübarizənin aparılması və hava hücumundan müdafiə üzrə təlimlərdə iştirak edirlər.
Son günlər Xəzər dənizində hərbi aktivlik artıb. Rusiya hərbi hava qüvvələrinə məxsus qırıcılar İŞİD-in Suriyadakı mövqelərini bombalamaq üçün Xəzər üzərindən uçurlar.
Noyabrın 20-də Rusiyanın Xəzər donanmasının "Dağıstan", "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" qəmilərindən Suriyadakı İŞİDmövqelərinə 18 qanadlı raketlər atılıb.
Kalibr-NK kompleksli raketlər Rəqqa, İdlib və Hələbdəki 7 hədəfə çatıb. Bu haqda ölkə prezidenti Vladimir Putinə də məruzə edilib.
Mənbə: ANS PRESS