ANS PRESS-in məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov SOCAR rəhbərliyinin mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, yanğının söndürülməsi prosesinə 5 gəmi cəlb edilib.
"Yanğın baş vermiş 10-cu özülün müəyyən hissəsinə dizel generatoru vasitəsilə işıq vermək mümkün olub. Yanğının söndürülməsi işləri artıq platformanın üzərindən də həyata keçirilir ki, bu da yanğının söndürülməsini asanlaşdırır. Platformanın üzərindən su şırnaqları vasitəsilə birbaşa yanğın nöqtəsinə su vurmaq mümkün olub. Sabahdan etibarən yanğınla bağlı yaradılan qərərgahın platformanın üzərinə köçürülməsi nəzərdə tutulur. Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar", deyə Balamirzə Əlirəhimov bildirib.
Mənbə: ANS PRESS