Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə ölkə ərazisində matəm elan edilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib.Bu haqda ANS PRESS-ə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şixməmmmədov bildirib. Onun sözlərinə görə, Nizami Kino Mərkəzində də bütün filmlərin yayımı dayandırılıb. Ölkədə bayraqlar endirilib.
Mənbə: ANS PRESS
6 dekabr 2015
GO BACK