Qadin.NET / Azərbaycanda matəm elan olundu

Azərbaycanda matəm elan olundu

Azərbaycanda matəm elan olundu
Azərbaycanda matəm elan olunub.
ANS PRESS-in məlumatına görə, Xəzərdə baş verən faciəyə görə dekabrın 6-sı Azərbaycanda matəm elan olunub. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.
Axtarışı davam etdirilənlərin siyahısı: 
1 Qasımov İman Şura o. 01.12.1967 
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958 
3 Quliyev Fəxrəddin Xancan o. 05.01.1957 
4 Rzaxanov Edik Rivazin o. 15.01.1983 
5 Babazadə Tural Fətəli o. 01.09.1993 
6 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953 
7 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971 
8 Qasımov Bayram Mirzəağa o. 20.03.1978 
9 Abdullayev Adil Ələkbər o. 19,02,1953 
10 Tağıyev Fuad Tahir oğlu 23.02.1981 
11 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954 
12 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973 
13 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978 
14 Niyazov Seyfəddin Abil o. 09.02.1968 
15 Babayev Mikayıl İsmayıl o. 06.11.1963 
16 İskəndərov İnqilab Osman o. 29.11.1957 
17 Mahmudov Ağa İzzət o. 24.03.1968 
18 Mayborda Oleq Akimoviç 21.11.1971 
19 Mayılov Samir Cahangir o. 07.03.1984 
20 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962 
21 İbrahimov Xalid Bəşir o. 12.08.1971 
22 Həsənov Zaur Vahid o. 24.12.1975 
23 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967 
24 Hüseynov Bəhlul Sirac o. 25.11.1969 
25 İsgəndərov Habil Tağı o. 05.03.1965 
26 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981 
27 Xəlilov Zaur Arif o. 15.09.1975 
28 Sahmarov Sahib Güloğlan o. 02.08.1973 
29 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Mənbə: ANS PRESS

6 dekabr 2015
GO BACK