Qadin.NET / Bu gün 12 dərəcə şaxta gözlənilir

Bu gün 12 dərəcə şaxta gözlənilir

 

Bu gün 12 dərəcə şaxta gözlənilir

İstirahət günü ölkə ərazisində küləkli hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata göröə, Bakıda və Abşeron yarımadasında istirahət günü hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi,Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
ETSN hava şəraitinin dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı barədə xəbərdarlıq etmişdi. 
Son bir neçə gündə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enib. Çaylarda sululuq artıb. 

 

Mənbə: ANS PRESS

6 dekabr 2015
GO BACK